Müsabiqə başladı

gün

:

saat

:

dəqiqə

:

saniyə

Bakı Marafonu - 2024 başlayır!

Mayın 5-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakı Marafonuna start veririk!

 

2016-cı ildən təşkil olunan Bakı Marafonu idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək məqsədi daşıyır.

 

ONLAYN QEYDİYYAT: 24 FEVRAL - 25 APREL

MƏNTƏQƏLƏRDƏ QEYDİYYAT TARİXİ: 1 MART - 25 APREL

MƏNTƏQƏLƏR: 28 MALL, GƏNCLİK MALL, DƏNİZ MALL 

“Küləyə qalib gəl” şüarı altında yeddinci dəfə keçiriləcək Bakı Marafonunun bu il start nöqtəsi ilə yanaşı finişi də Dövlət Bayrağı Meydanında olacaq və 21 kilometrlik məsafəni əhatə edən marafon bu marşrut üzrə keçiriləcək:

 

Dövlət Bayrağı Meydanı-Dənizkənarı bulvar-Bakı Beynəlxalq Dəniz Vağzalı-Neftçilər prospekti-Bakı Ağ şəhər bulvarı-Xəqani Rüstəmov küçəsi – Bakı Ağ şəhər bulvarı, 8 Noyabr prospekti, Yusif Səfərov küçəsinin bir hissəsi-Afiyəddin Cəlilov və Üzeyir Hacıbəyli küçələrinin kəsişməsi, “Cavanşir” körpüsündən keçməklə Üzeyir Hacıbəyli küçəsi-Neftçilər prospekti (Hökumət evi, Muzey Mərkəzi, Kukla teatrı, Qız qalası, “Azneft” dairəsi), Bakı Funikulyoru, Bayıl dairəsi, Bibiheybət yolu (Su İdmanı Sarayı) və Dənizkənarı bulvar boyunca hərəkət edərək (Su İdmanı Sarayının arxası, Bakı Kristal Zalı) - Dövlət Bayrağı Meydanı.

 

KİŞİ REKORDSMEN

RİNAS AXMADİYEV

01:04:04

QADIN REKORDSMEN

SEMENOVİÇ NATALİA

01:15:41

MARAFONDA ADDIMLARIN ÜMUMİ SAYI

2.3 MİLYARDDAN ÇOX

MARAFON İŞTİRAKÇILARININ ÜMUMİ SAYI

94 000-DƏN ÇOX

KİŞİ REKORDSMEN

RİNAS AXMADİYEV

01:04:04

QADIN REKORDSMEN

SEMENOVİÇ NATALİA

01:15:41

MARAFONDA ADDIMLARIN ÜMUMİ SAYI

2.3 MİLYARDDAN ÇOX

MARAFON İŞTİRAKÇILARININ ÜMUMİ SAYI

94 000-DƏN ÇOX

Fiziki şəxslər üçün məlumat
PDF YÜKLƏ
Korporativ iştirakçılar üçün məlumat
PDF YÜKLƏ

QEYDİYYAT MƏNTƏQƏLƏRİ

GƏNCLİK MALL

14 Fətəli Xan Xoyski, Bakı

Xəritədə baxın

DƏNİZ MALL

26a Neftçilər Prospekti, Bakı

Xəritədə baxın

28 MALL

Azadlıq prospekti 15a/4, Bakı

Xəritədə baxın

Suallar və cavablar

Marafonda iştirak üçün nə qədər pul ödəməliyəm?

Marafonda iştirak etmək istəyən fiziki şəxslər üçün təyin olunmuş ödəniş məbləği 20 AZN-dir.

Korporativ iştirakçılar (hər şirkətdən minimum 5 iştirakçı olmalıdır) hər iştirakçıya görə 100 AZN ödəməlidir.

Tələbələrin marafonda iştirakı üçün vəsaiti Heydər Əliyev Fondu ödədiyindən, onlar qeydiyyat zamanı ödəniş etməyəcəklər.

Marafonda iştirak edən korporativ iştirakçıların iştirak haqqı nə qədər olacaq?

Korporativ iştirakçılar (hər şirkətdən minimum 5 iştirakçı olmalıdır) hər iştirakçıya görə 100 AZN ödəməlidir. 

Korporativ iştirakçılar qeydiyyatdan necə keçə bilərlər?

Korporativ iştirakçılar qeydiyyatdan keçmək üçün [email protected] e-poçt ünvanına yazmaqla, Bakı Marafonunda iştirak üçün müraciət edə bilərlər. 

Marafonda iştirak üçün harada qeydiyyatdan keçə bilərəm?

Yarışda iştirak etmək istəyən 18 yaşdan yuxarı şəxslər martın 1-dən aprelin 25-dək Bakı şəhərinin ticarət mərkəzlərindəki (“28 Mall”, “Gənclik Mall”, “Dəniz Mall”) qeydiyyat məntəqələrinə və ya “Bakı Marafonu - 2024”ün saytına (www.marathon.az) müraciət edə bilərlər.

Qeydiyyat zamanı müvafiq anket formasını doldurmaq, şəxsiyyət vəsiqəsinin surətini (tələbələr, eyni zamanda, tələbə vəsiqəsinin surətini təqdim etməlidirlər) təqdim etmək və iştirak üçün müəyyən olunmuş vəsaiti ödəmək lazımdır.

Marafonda iştirak etmək üçün onlayn qeydiyyatdan keçə bilərəmmi?

Bəli. Onlayn qeydiyyatdan keçmək üçün www.marathon.az saytında “Qeydiyyat” bölməsinə daxil olun, yarışa qatılmaq üçün sizə uyğun paketi seçin və qeydiyyatdan keçin. 

Marafona hazırlaşmaq üçün xüsusi proqram olacaqmı?

“Bakı Marafonu - 2024”ün rəsmi feysbuk və instaqram səhifəsini* izləməklə, marafon gününə tam və peşəkar səviyyədə hazırlaşa bilərsiniz. Çünki burada həm gündəlik məşq planınız, həm də qida rejiminiz paylaşılacaq.

*https://www.facebook.com/bakumarathon

* https://www.instagram.com/bakumarathon

 

Eyni zamanda, veb-saytdan da ətraflı məlumat əldə edə bilərsiniz: www.marathon.az

Marafon neçə kilometr olacaq?

Marafon 21 KM-lik məsafəni əhatə edəcək.

Marafon marşrutu hansı əraziləri əhatə edir?

“Küləyə qalib gəl” şüarı altında altıncı dəfə keçirilən Bakı marafonunun start nöqtəsi ilə yanaşı finişi də Dövlət Bayrağı Meydanında olacaq və 21 kilometrlik məsafəni əhatə edən marafon bu marşrut üzrə keçiriləcək: Dövlət Bayrağı Meydanı- Dənizkənarı bulvar-Bakı Beynəlxalq Dəniz Vağzalı-Neftçilər prospekti-Bakı Ağ şəhər bulvarı- Xəqani Rüstəmov küçəsi – Bakı Ağ şəhər bulvarı, 8 Noyabr prospekti, Yusif Səfərov küçəsinin bir hissəsi-Afiyəddin Cəlilov və Üzeyir Hacıbəyli küçələrinin kəsişməsi, “Cavanşir” körpüsündən keçməklə Üzeyir Hacıbəyli küçəsi-Neftçilər prospekti (Hökumət evi, Muzey Mərkəzi, Kukla teatrı, Qız qalası, “Azneft” dairəsi), Bakı Funikulyoru, Bayıl dairəsi, Bibiheybət yolu (Su İdmanı Sarayı) və Dənizkənarı bulvar boyunca hərəkət edərək (Su İdmanı Sarayının arxası, Bakı Kristal Zalı) - Dövlət Bayrağı Meydanı.

Marafon yarışı günü əşyalarımı hara təhvil verməliyəm və haradan geri götürməliyəm?

“Bakı Marafonu – 2024”ün start və finiş nöqtəsi Dövlət Bayrağı Meydanı olacaq. Ona görə də çanta təhvili zonası start/finiş nöqtəsində fəaliyyət göstərəcək. Yalnız marafon iştirakçıları öz çantalarını təhvil zonasına verə bilərlər. Çantanızı təhvil verərkən onun üzərinə xüsusi stikerlər yapışdırılacaq. Zəhmət olmasa, yarış çantanızı təhvil zonasına verməzdən öncə ona yarış nişanı stikerinin bərkidildiyinə əmin olun. Marşrutu tamamlayıb finiş xəttinə - Dövlət Bayrağı Meydanına gəldikdə, onları götürmək imkanınız olacaq. Start və finiş zonası eyni ərazidə - Dövlət Bayrağı Meydanında yerləşdiyi üçün əşyalarınızı yarış günü saat 09:00-dan gec olmamaqla təhvil verməli və həmin gün 17:00-dan gec olmamaqla, təhvil almalısınız.

 

 

Marafonun qaliblərini hansı mükafatlar gözləyir?

“Bakı Marafonu - 2024”ün mükafatlandırması iki kateqoriyada olacaq. Marafonun kişi və qadın iştirakçıları qaçış zolağında ilk 3 yer uğrunda mübarizə aparacaqlar. Kişi və qadın kateqoriyalarının hər birində 1-ci yerin qalibi 3 000 AZN, 2-ci yerin qalibi 2 000 AZN, 3-cü yerin qalibi isə 1 000 AZN məbləğində mükafat və hədiyyələrlə, eləcə də medal və sertifikatlarla təltif olunacaq.

 

Bundan əlavə, qadın və kişi kateqoriyası üzrə finiş xəttini ilk keçən tələbələr arasında “Gənc ol” (Azercell),eləcə də “finiş xəttini ilk keçən ən yaşlı iştirakçı”, “finiş xəttini ilk keçən korporativ iştirakçı”, “ən kreativ kostyum” nominasiyalarında da mükafatların təqdimatı nəzərdə tutulur.